Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Tanrıya mənə Messi ilə oynamaq şansı verdiyi üçün minnətdaram"

Tarix: 12 Fevral 2021 15:48

"Monako"nun futbolçusu Sesk Fabreqas "Barselona"nin kapitanı Lionel Messi haqqında danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubunda çıxış etdiyi vaxtları xatırlayan 33 yaşlı yarımmüdafiəçi argentinalı hücumçunun indiyə qədər birgə oynadığı futbolçular arasında ən yaxşısı olduğunu deyib:

"Messi ötürmələr verməkdə ustadır. Çox düşünməyimə ehtiyac yoxdur. Oynadığım futbolçular arasında ən yaxşısı Messidir. Tyeri Anrinin sürətinə, Messinin səviyyə və ağılına, Karles Puyol və Con Terrinin ürəyinə sahib olmaq istərdim. Bunu kiminsə dəyişdirə biləcəyini düşünmürəm.

Messi mənim nümunə götürdüyüm bir futbolçudur. Tanrıya mənə illərlə ən yaxşı futbolçu ilə oynamaq şansı verdiyi üçün minnətdaram".

Qeyd edək ki, Fabreqas 2011-2014-cü illərdə "Barselona"da çıxış edib. O, bu komanda ilə La Liqa və klublar arası dünya çempionatı da daxil olmaqla ümumilikdə 6 kubok qazanıb.

Milli.Az


Etiketlər:  Tanrıya mənə Messi ilə oynamaq şansı verdiyi üçün minnətdaram


RƏYLƏR