Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bank kartı oğurlandı, 1 ay sonra xəbər tutdu

Bank kartı oğurlandı, 1 ay sonra xəbər tutdu

Tarix: 12 Fevral 2021 15:58

"Mançester Siti"nin vingeri Riyad Merez fırıldaqçılıqla üzləşib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl əlcəzairli futbolçu bank kartını itirib. Amma o, bundan bir ay sonra xəbər tutub. Bu ərəfədə isə onun 200 min avro pulu oğurlanıb.

Sonradan məlum olub ki, kart 32 yaşlı Şərif Məhəmməd adlı bir nəfərin əlinə keçib. Bu müddətdə o, 23 min avronu İbitsadakı gecə klubunda xərcləyib. Pulun böyük hissəsi isə eksklüziv dizayn geyimlərinə sərf olunub. Həmçinin kartdan kazino oyunları və fastfudda da istifadə edilib. Müştəri banka şikayət etmədiyindən kart bloklanmayıb.

Hazırda faktla bağlı məhkəmə prosesi keçirilir.


Etiketlər:  Bank kartı oğurlandı sonra xəbər tutdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ