Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2021 16:36
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda bir neçə bələdiyyənin vəzifəli şəxsləri barədə cinayət işləri açılıb, bəzi bələdiyyələrin vəzifəli şəxsləri barəsində isə sənədlər hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.
Trend-in məlumatına görə, bu barədə məsələ “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında” sənəddə əksini tapıb.
Sənəddə qeyd edilib ki, Bakı şəhəri Sabunçu rayonu Ramana, Biləsuvar rayonu Əliabad, Masallı rayonu Kolatan, Ucar rayonu Qaracallı, Xaçmaz rayonu Qaraçaycek, Ağcabədi rayonu Aran bələdiyyələrinin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri cinayət işləri başlanılıb. Həmçinin, Bakı şəhəri Suraxanı rayonu Bülbülə, Qusar rayonu Samur, İmişli rayonu Hacırüstəmli, Ağsatafa rayonu Dağ Kəsəmən, İsmayıllı rayonu Topçu, Daşkəsən rayonu Qabaqtəpə, Sabirabad rayonu Quruzma, Cəlilabad rayonu Muğan, Beyləqan rayonu Şəfəq və digər bələdiyyələrin vəzifəli şəxsləri barəsində toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.