Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2021 19:50
"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin Moldova millisinin baş məşqçisi təyin edilib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyasının saytı məlumat yayıb. 56 yaşlı italiyalı mütəxəssis bu vəzifədə türkiyəli Engin Fıratı əvəzləyib. Onunla DÇ-2022-nin seçmə mərhələsinin sonu - 2021-ci il noyabrın 15-dək müqavilə bağlanılıb.
Qeyd edək ki, Roberto Bordin 2018-ci ilin iyulundan 2020-ci ilin yanvarınadək "Neftçi"nin baş məşqçisi olub. Azərbaycan komandasına gələnədək isə o, Moldova "Şerif"inin sükanı arxasında çalışıb.