Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Tyanven-1'' kosmik aparatı Mars orbitindən video göndərib - VİDEO

''Tyanven-1'' kosmik aparatı Mars orbitindən video göndərib - VİDEO

Tarix: 12 Fevral 2021 22:22

Çinin "Tyanven-1" pilotsuz kosmik aparatı Mars orbitindən çəkilmiş videonu Yerə göndərib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, videoçarx Çin Mərkəzi Televiziyasında nümayiş olunub. Zond Qırmızı planetin Günəş tərəfindən işıqlandırılan hissəsindən onun qaranlıq tərəfinə doğru hərəkət edərək Marsın səthini çəkib. Kadrlarda, həmçinin Mars relyefini görmək olar.

"Tyanven-1" fevralın 10-da uğurla Marsın ilkin elliptik orbitinə çıxıb. Mütəxəssislər onun may-iyun aylarında Utopiya düzənliyinin cənub hissəsinə yumşaq eniş edəcəyini gözləyirlər. Planetin bu hissəsində qrunt sularının olması ehtimal edilir. Mars zondu orada torpağın, ionosferin və iqlimin tədqiqi ilə məşğul olacaq.

Zond iyulun 23-də buraxılıb. Missiyanın uğurlu alınacağı təqdirdə alimlər Mars planetinin atmosferini, relyefini, geoloji xarakteristikasını, maqnit sahəsini öyrənə biləcəklər. Bununla yanaşı, missiyanın əsas məqsədi Marsın gələcəkdə insan həyatı üçün yararlı ola biləcəyi barədə suala cavab tapmaqda alimlərə kömək etməkdir.


Etiketlər:  Tyanven kosmik aparatı Mars orbitindən video göndərib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ