Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-ın Minnesota ştatının qubernatoru fevralın 26-nı Azərbaycan günü elan edib

ABŞ-ın Minnesota ştatının qubernatoru fevralın 26-nı Azərbaycan günü elan edib

Tarix: 12 Fevral 2021 23:48

Minnesota ştatının qubernatoru Tim Volz fevralın 26-nın Azərbaycan günü elan edilməsi ilə bağlı bəyanat imzalayıb. Belə bir bəyanatın imzalanması Minnesota Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallisin təşəbbüsü olub.

Sonxeber.net bildirir ki, bəyanatda qeyd olunub ki, Minnesotada yaşayan azərbaycanlılar ana dilini, zəngin milli-mədəni dəyərlərini, ənənələrini qoruyub-saxlamaqla, həmçinin təbliğ etməklə yerli mədəniyyətə töhfə verməkdədirlər.

Bəyanat ölkəmizlə bağlı həqiqətlərin təbliğində Minnesotada yaşayan azərbaycanlıların uğuru kimi dəyərləndirilə bilər.

Qeyd edək ki, 2016-cı ildə ABŞ-ın Minnesota ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar qətnamə qəbul edib.


Etiketlər:  ABŞ Minnesota ştatının qubernatoru fevralın Azərbaycan günü elan edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ