Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ” növbəti qələbə arzusunda – “Neftçi” revanş

“Qarabağ” növbəti qələbə arzusunda – “Neftçi” revanş

Tarix: 13 Fevral 2021 08:26

Azərbaycan Premyer Liqasında III dövrəyə start verilir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu gün ikinci yarının XV turunun ilk iki görüşü baş tutacaq.

Turun açılış matçı Sumqayıtda keçiriləcək. Bir neçə gün əvvəl Azərbaycan kubokunun 1/4 final mərhələsində iki dəfə üz-üzə gələn "Sumqayıt"la "Səbail"in son 13 gündə üçüncü dueli olacaq. Kubokda yarımfinala adlayan "gənclik şəhəri" təmsilçisi fevralın 1-də doğma meydandakı məğlubiyyətin revanşını almaq niyyətindədir. Bununla Ayxan Abbasovun kollektivi ilk "üçlüy"ə də yaxınlaşmaq istəyir. Bakılılar isə Sumqayıtdan yenə qalibiyyətlə dönməklə rəqibinə yaxınlaşmağa çalışacaq.

Dövrənin mərkəzi oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq. Ölkənin iki ən titullu klubu "Qarabağ"la "Neftçi" növbəti Azərbaycan derbisində görüşəcək. Bunu həm də mövsümün ən vacib görüşlərindən biri saymaq olar. "Neftçi" intriqanı qorumaq üçün səfər matçında ən azı uduzmamalıdır. "Flaqman" eyni zamanda son dueldəki darmadağının (0:6) revanşını almaq barədə düşünəcək. Ancaq "Qarabağ"ın növbəti qələbəsi Ağdam təmsilçisinə çempionluq yarışında böyük üstünlük qazandıra bilər.

Qeyd edək ki, turun "Qəbələ" - "Keşlə" (15:00) və "Zirə" - "Sabah" (17:00) qarşılaşması fevralın 14-də keçiriləcək.

Azərbaycan Premyer Liqası
XV tur
13 fevral (şənbə)

16:00. "Sumqayıt" - "Səbail"
Hakimlər: 
Vüqar Həsənli, Zeynal Zeynalov, Cəmil Quliyev, Fərid Hacıyev
"Kapital Bank Arena"

18:30. "Qarabağ" - "Neftçi"
Hakimlər: 
Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əliyar Ağayev
Tofiq Bəhramov adına Respublika Stadionu

1

Qarabağ

14

8

5

1

37-11

29

2

Neftçi

14

8

3

3

18-15

27

3

Zirə

14

6

5

3

18-14

23

4

Sumqayıt

14

5

4

5

17-20

19

5

Qəbələ

14

3

6

5

13-22

15

6

Səbail

14

3

4

7

15-23

13

7

Keşlə

14

3

4

7

13-21

13

8

Sabah

14

4

1

9

14-19

13

Bombardirlər: Mahir Emreli ("Qarabağ") - 10 qol, Namiq Ələsgərov ("Neftçi") - 8 qol, Filip Ozobiç ("Qarabağ") - 7 qol.

Milli.Az


Etiketlər:  Qarabağ növbəti qələbə arzusunda Neftçi revanş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ