Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2021 12:42
Ötən il Ermənistanda ölüm səviyyəsi 2019-cu ilə nisbətən 35 faiz artıb.
Sonxeber.net bildirir ki, bu barədə erməni saytları yazırlar. Qeyd olunur ki, 2019-cu ildə ölüm sayı 26 min 200 nəfər olubsa, 2020-ci ildə bu say 35 min 370 nəfərə çatıb.
Bu statistikaya müharibə və koronavirusda ölənlər də daxil edilib. Nəzərə alsaq ki, ötən il Ermənistanda 2823 nəfər COVİD 19-dan ölüb, onda 2019-cu illə müqayisədə 9 min 170 ölümdən yerdə qalan 6 min 347 nəfərin müharibədə tələf olduğunu ehtimal etmək olar.
Qeyd olunan rəqəmlər onu deməyə imkan verir ki, Ermənistan rəhbərliyi müharibədə yalnız 2 min 425 nəfərin öldüyünü deməklə xalqı müharibə dövründə olduğu kimi yenə də aldatmaqda davam edir.
Demoqrafik statistikadan göründüyü kimi ölənlərin gerçək sayı açıqlanandan ən azı 2,5 dəfə çoxdur.
Aslan Məmmədov