Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqasının oyununda biabırçı SƏHV - VİDEO

Çempionlar Liqasının oyununda biabırçı SƏHV - VİDEO

Tarix: 11 Dekabr 2025 09:32

İspaniyanın "Vilyarreal" klubu "El Madrigal" stadionunda Danimarkanın "Kopenhagen" komandasını qəbul edərkən matç öncəsi gözlənilməz hadisə baş verib.

Sonxeber.net-ın məlumatına görə, futbolçular meydana çıxdığı anda ənənəvi Çempionlar Liqasının himni əvəzinə təsadüfən UEFA Avropa Liqasının himni səsləndirilib.

Bu texniki səhv tribunalardakı azarkeşlərin narazılığına səbəb olub və onlar fit səsləri ilə etiraz ediblər.

Hadisənin görüntüləri qısa zamanda sosial şəbəkələrdə yayılaraq böyük müzakirə yaradıb və tez bir zamanda gündəmə çevrilib.

Qeyd edək ki, "Vilyarreal" - "Kopenhagen" qarşılaşması 2:3 hesabı ilə qonaq komandanın xeyrinə başa çatıb.

Hüseyn


Etiketlər:  Çempionlar Liqasının oyununda biabırçı SƏHV VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ