Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Hələ Çempionlar Liqası uğrunda mübarizəyə hazır deyilik'' - Qvardiola

''Hələ Çempionlar Liqası uğrunda mübarizəyə hazır deyilik'' - Qvardiola

Tarix: 11 Dekabr 2025 09:54

"Bu stadionda oynamaq çətindir. Daha yaxşı nəticə göstərə bilərdik. Qələbədən və topladığımız xallardan məmnun olmalıyıq".

QOL.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda səfərdə "Real"a qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, 2:1 hesablı qələbəni belə şərh edib: "İndi 13 xalımız var və ilk səkkizlikdə yer almaq hələ də əlimizdədir. Bu,, bizim məqsədimizdir. "Bayer"ə uduzduqdan sonra qalib gəlməyimiz vacib idi. "Real"la oyuna bir səhvlə başladıq. Rəqibin daha yüksək təzyiq göstərəcəyini gözləyirdim. Amma bizə çətinlik yaratdılar. Rodriqo, Vinisius və Bellinqem güclü oyunçulardır, onların sürəti təhlükə yaradır. Ona görə də daim çox irəli gedə bilmərik; müdafiədə daha etibarlı olmalıyıq". 

Qvardiolanın komandası hazırda 13 xalla 4-cü pillədə qərarlaşıb. Bununla belə, o, turniri qazanmaq üçün lazimi formada olmadıqlarını deyib: Hələ Çempionlar Liqası uğrunda mübarizə aparmağa hazır deyilik. Bu, hələ çox uzaqdadır. Fevral ayında daha yaxşı formada olacağıq".


Etiketlər:  Hələ Çempionlar Liqası uğrunda mübarizəyə hazır deyilik Qvardiola


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ