Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 09:58
“Real”ın baş məşqçisi Xabi Alonso Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “Mançester Siti”yə 1:2 hesabı ilə məğlubiyyətdən sonra komandadı gələcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
QOL.az AS nəşrinə istinadən yaydığı məlumaa görə, Alonso mətbuat konfransında Madrid klubundakı gəcəyindən narahat olub-olmadığı suala belə cavab verib:
“Mən növbəti oyun barədə düşünürəm. Burada əsas olan “Real Madrid”did. Komanda, futbolçular və mənim onlara necə kömək edə biləcəyimdie. Məsələ mən deyiləm”.
Qeyd edək ki, qarşılaşmadan əvvəl ispan mütəxəssisin məğlubiyyət olacağı halda istefaya göndərilə biləcəyi iddia olunurdu. Sözügedən oyunla “Real” cari mövsümdə Çempionlar Liqasında ilk dəfə evdə məğlub olub.
Hazırda Madrid klubu turnir cədvəlində 12 xal toplayaraq 7-ci sırada qərarlaşıb.