Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Abşeronun bu ərazilərində işıq olmayacaq

Abşeronun bu ərazilərində işıq olmayacaq

Tarix: 11 Dekabr 2025 10:39

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 10 kV-luq Masazır ehtiyat xəttində 11 dekabr tarixində təmir işləri aparılacaq.

Sonxeber.net xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək Xırdalan şəhəri Şıxəli Qurbanov, Kənd Xırdalan, Narlıq adlanan yaşayış ərazisi, Mazasır qəsəbəsi Sarı Aşıq və Qaçaq Nəbi küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Etiketlər:  Abşeronun ərazilərində işıq olmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ