Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 10:44
Qazaxıstan, Xəzər Boru Kəməri Konsorsiumunun (XBK) neft kəmərləri sistemi üzrə daşınan əlavə 58 min ton neftin Aktau limanı vasitəsilə Bakı–Tbilisi–Ceyhan (BTC) istiqamətinə yönləndirilməsi imkanlarını razılaşdırıb.
Sonxeber.net bu barədə “Kaztransoil” şirkətinə istinadən xəbər verir.
“Qazaxıstan Respublikası Energetika Nazirliyi tərəfindən təsdiqlənmiş ilkin nəqletmə qrafiki ilə müqayisədə 2025-ci ilin dekabr ayında neftin ixrac marşrutları üzrə tədarük həcmlərinin artımı aşağıdakı kimi olacaq:
Şirkətdə əlavə edilib ki, tədarüklər beynəlxalq tərəfdaşlarla və yük göndərənlərlə razılaşdırılıb.
Bundan əlavə, 2025-ci ilin dekabr ayı ərzində şirkət neft hasil edən müəssisələrə neftin müvəqqəti saxlanılması üçün rezervuar parkında məsul saxlanma imkanları təqdim edəcək.
Xatırladaq ki, noyabrın 29-da Astana vaxtı ilə saat 06:06-da Novorossiysk şəhəri limanı yaxınlığında XBK-nın dəniz infrastrukturu pilotsuz suüstü vasitələrin hücumuna məruz qalmışdı. Hücum nəticəsində VPU-2 adlı üzən qurğusu ciddi zədələnmişdi. Avadanlıq tam həcmdə bərpa işləri aparılana qədər istismardan çıxarılıb.
XBK Qazaxıstanın üç böyük yatağından - Tengiz, Qaşaqan və Karacaqanak – hasil edilən neftin daşınmasını təmin edir. 2024-cü ildə aşırma həcmi təqribən 63 milyon ton neft təşkil edib.