Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 10:18
2025-ci ilin yanvar-noyabr ayları ərzində 143,7 min nəfərdən çox şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.
Sonxeber.net xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, bunun 51,5%-ni kişilər, 48,5%-ni isə qadınlar təşkil edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində 141 mindən çox proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.
Onların 52,68%-ni kişilər, 47,32%-ni isə qadınlar təşkil edib.