Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Namizəd Səfərov barəsində həbs qətimkan tədbiri seçilib

Namizəd Səfərov barəsində həbs qətimkan tədbiri seçilib

Tarix: 11 Dekabr 2025 10:09

Dələduzluq etməkdə təqsirləndirlən keçmiş vəkil Namizəd Səfərov barəsində həbs qətimkan tədbrinin seçilməsi üçün məhkəməyə təqdimat daxil olub.

Sonxeber.net xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, onun barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, ittihama görə, özünü vəkil kimi təqdim edən Namizəd Səfərov vətəndaşın etibarından sui-istifadə edərək 53 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə təqsirləndirilir. O, işdən çıxarılan vətəndaşı yenidən vəzifəyə bərpa etdirəcəyinə inandırmaqla bu adla külli miqdarda pul alıb, lakin verdiyi vədi yerinə yetirmədiyindən vətəndaş polisə müraciət edib.


Etiketlər:  Namizəd Səfərov barəsində həbs qətimkan tədbiri seçilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ