Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtinə 5 milyon dollar miras qoyub

İtinə 5 milyon dollar miras qoyub

Tarix: 14 Fevral 2021 20:14

Amerikalı biznesmen Bill Dorris border-kolli cinsindən olan Lulu adlı itinə böyük məbləğdə miras qoyub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Tennessi ştatının Neşvill şəhərindən olan sahibkar sevimli itinə 5 milyon dollara yaxın pul vəsiyyət edib. Bill Dorrisin həyat yoldaşı və uşaqları olmayıb və o, öz itini çox sevirdi. Vəsiyyətnaməyə əsasən, həmin vəsait Lulunun adına olan etibarnamə hesabına köçürüləcək.

Səkkiz yaşlı itə mərhumun rəfiqəsi Marta Berton baxacaq və o, buna görə aylıq məvacib alacaq.

Sahibkarın, habelə konfederativ ordunun generalı Nataniel Bedford Forrestin abidəsinin yerləşdiyi torpaq sahəsi də var. Avtomobil şosesi yaxınlığındakı bu torpağın və abidənin aqibəti isə miras məhkəməsində həll olunacaq.


Etiketlər:  İtinə milyon dollar miras qoyub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ