Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2021 21:06
Koronavirusdan əziyyət çəkən insanlar əsəb pozulmasından bir sıra zehni xəstəliklərə qədər əziyyət çəkə bilər.
Sonxeber.net xəbər verir ki, bu barədə V.M. Bextereva adına Milli Tibbi Tədqiqat Psixiatriya və Nevrologiya Mərkəzinin psixi xəstəliklərinin müalicəsi və psixoterapiya şöbəsinin baş tədqiqatçısı, tibb elmləri doktoru Anna Vasiliyeva məlumat verib.
"Koronavirus infeksiyasına məruz qalan insanlar bunun nəticəsi olaraq əsəbilik, emosional qeyri-sabitlik, unutqanlıq və konsentrasiyanın çətinləşməsi, eyni zamanda panik reaksiyaları ilə özünü göstərən post-viral asteniya sindromuna da səbəb ola bilər.
Pandemiyanın başlanğıcında psixi pozğunluqlar üstünlük təşkil edirdi, indi isə depressiv vəziyyətlər ön plana çıxıb. Bu da gücün tükənməsi ilə əlaqəlidir. Bundan əlavə, Rusiyada zehni pozğunluqların artdığı müşahidə olunur", - ekspert qeyd edib. (publika.az)