Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2021 13:51
Bakı. İlhamə İsabalayeva - Trend:
COVİD-19-a qarşı vaksin vurdurduqdan sonra işimə davam etdim, indi özümü çox yaxşı hiss edirəm, heç bir narahatlığım yoxdur.
Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, bu gün COVİD-19-a qarşı peyvəndin ilk dozasını vurdurub:
"Bu imkanı yaratdığı üçün Azərbaycan dövlətinə təşəkkür edirəm. Nə qədər çox insan vaksin vurdurarsa, pandemiya ilə mübarizədə o qədər iş görmüş olacağıq. Buna görə də hər kəsi mümkün olduğu zaman vaksin vurdurmağa dəvət edirəm".
Qeyd edək ki, H.Harmancının vaksinasiyası Bakı Sağlamlıq Mərkəzində aparılıb.