Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əsrin ən yaxşı məşqçisi açıqladı - İFFHS

Əsrin ən yaxşı məşqçisi açıqladı - İFFHS

Tarix: 15 Fevral 2021 17:56

XXI əsrin ən yaxşı məşqçilərinin siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) cədvəlinə Joze Mourinyo başçılıq edir.

Portuqaliyalı mütəxəssis 2001-20-ci illər üçün dünyanın ən yaxşı baş məşqçisidir. Onun 226 xalı var.

İkinci pillədə almaniyalı Yoahim Löv qərarlaşıb. Mütəxəssis bu müddətdə 213 xal toplayıb.

3-cü pilləni şotlandiyalı Aleks Ferqyuson və Pep Qvardiola bölüşür. Hər iki mütəxəssisin 183 xalı var.

Qeyd edək ki, siyahıda planetin 15 məşqçisi yer alıb.

Milli.Az


Etiketlər:  Əsrin yaxşı məşqçisi açıqladı İFFHS


RƏYLƏR