Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gürcüstanda koronavirusla əlaqədar tətbiq olunan məhdudiyyətlərin bir qismi ləğv olunub

Gürcüstanda koronavirusla əlaqədar tətbiq olunan məhdudiyyətlərin bir qismi ləğv olunub

Tarix: 15 Fevral 2021 20:10

Fevralın 15-dən Gürcüstanda koronavirusla əlaqədar tətbiq olunan məhdudiyyətlərin bir qismi ləğv edilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Gürcüstanın Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.

Qərara əsasən, Tbilisi, Rustavi və Kutaisi şəhərləri də daxil olmaqla ölkə üzrə şagirdlər təhsillərini sinifdə davam etdirəcəklər.

Lakin, Təhsil Nazirliyinin qərarına əsasən valideynlərin istəyinə əsasən onların övladları təhsili onlayn davam etdirə bilərlər.

Bundan başqa, bu gündən ölkədəki kafe və restoranların fəaliyyətinə icazə verilib. Ölkə ərazisindəki kafe və restoranlar açıq havada səhərdən axşam saat 21:00-dək fəaliyyətini davam etdirəcəklər.

Lakin komendant saatı məhdudiyyəti onlara da şamil olunacaq. Bundan başqa onlar sadəcə həftəiçi işləyə biləcəklər, şənbə və bazar günləri fəaliyyət göstərməyəcəklər".

Milli.Az


Etiketlər:  Gürcüstanda koronavirusla əlaqədar tətbiq olunan məhdudiyyətlərin bir qismi ləğv olunub


RƏYLƏR