Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''YAŞAT” Fondu iki qazi və bir şəhid anasının əməliyyat xərclərini qarşıladı - FOTO

''YAŞAT” Fondu iki qazi və bir şəhid anasının əməliyyat xərclərini qarşıladı - FOTO

Tarix: 16 Fevral 2021 11:50

"YAŞAT" Fondu yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir.

Fonddan Sonxeber.net-a verilən məlumata görə, qazilərimiz Rahim Bəhrəmlinin və Nadir Məmmədovun, şəhidimiz Şəhriyar Əsgərovun anası Minayə Əsgərovanın əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.

Xatırladaq ki, "YAŞAT" Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 "Çağrı" Mərkəzi fəaliyyət göstərir.


Etiketlər:  YAŞAT Fondu qazi şəhid anasının əməliyyat xərclərini qarşıladı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ