Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2021 17:46
Bundan sonrakı üç onillikdə Çində iqlim dəyişkənliyi ilə əlaqədar temperatur kəskin artacaq. İngilis və çinli alimlər bu qənaətə gəliblər ki, temperaturun kəskin artması bir sıra fəlakətlərə səbəb ola bilər.
Sonxeber.net cebhe.info-ya istinadən xəbər verir ki, bu barədə "Climate Dynamics" jurnalında dərc edilmiş məqaləyə istinadən, "Phys.org"-un press-relizində tədqiqat barədə qısa məlumat yayılıb.
Tədqiqatçıların proqnozuna əsasən, 2050-ci ilədək maksimal və minimal temperaturlar təxminən iki dərəcə artacaq.
Məlumata görə, Çində ən qızmar gündüz temperaturu 2,4 dərəcə, ən qızmar gecə temperaturu isə 1,8 dərəcə yüksələcək.
Bu istiləşmə prosesinin kəskin formada baş verəcəyi proqnoz edilir.