Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2021 21:24
Çinin "Origin Quantum" startapı kvant kompüterləri üçün "Origin Pilot" əməliyyat sistemini nümayiş etdirib. Məlumata görə, sözügedən əməliyyat sistemi kvant hesablamalarının sürətini bir neçə dəfə artıra bilər.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "Origin Pilot" adlı yeni əməliyyat sistemi kvant resurslarının idarə edilməsi və paralel hesablamalar üçün optimallaşdırılıb. Şirkətin bəyanatına görə, sistem, həmçinin kvant çiplərini avtomatik kalibrləyə bilər.
Yeni əməliyyat sisteminin kvant hesablamasının bulud platformasında tətbiq ediləcəyi və bütün istifadəçilər üçün əlçatan olacağı qeyd edilir.