Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa Dərmanlar Agentliyi ''Janssen'' şirkətinin peyvəndinin qeydiyyata alınması üçün müraciət alıb

Avropa Dərmanlar Agentliyi ''Janssen'' şirkətinin peyvəndinin qeydiyyata alınması üçün müraciət alıb

Tarix: 16 Fevral 2021 23:04

Bakı. Trend:

Avropa Dərmanlar Agentliyi (EMA) "Janssen" şirkətinin istehsalı olan koronavirusa qarşı peyvənd üçün müvəqqəti qeydiyyat icazəsinin alınması ilə bağlı müraciət alıb.

Trend-in məlumatına görə, bu barədə Agentliyin açıqlamasında bildirilib.

Qeyd olunub ki, EMA-nın İnsan üçün Dərmanlar Komitəsi peyvəndin sürətlənmiş qrafiklə qiymətləndirilməsini həyata keçirəcək:

"Peyvəndin effektivliyi, təhlükəsizliyi və keyfiyyəti barədə şirkət tərəfindən vərilən məlumatlarının etibarlı olarsa və tam şəkildə təqdim edilərsə, komitə rəyini martın ortalarına qədər verə bilər".


Etiketlər:  Avropa Dərmanlar Agentliyi Janssen şirkətinin peyvəndinin qeydiyyata alınması üçün müraciət alıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ