Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2021 03:08
Bakı. Trend:
Fransanın "BioSerenity" şirkəti koronavirusu öldürən qoruyucu maska yaradıb.
Trend-in məlumatına görə, bu barədə "BFMTV" xəbər verib.
Firmanın icraçı direktoru Mark Fruenin sözlərinə görə, bu maska "virusları qarşısını alma" qabiliyyətinə malikdir.
Fərdi qoruyucu vasitəsi biri antibakterial və antiviral xüsusiyyətlərə malik olan dörd qatdan ibarətdir.
Maskanın bir dəfəlik istifadə üçün nəzərdə tutulduğu qeyd olunur. Maskanı dörd saatdan çox taxmamaq tövsiyə olunur.