Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan Gümrüyə buraxılmamaqla hədələndi

Paşinyan Gümrüyə buraxılmamaqla hədələndi

Tarix: 17 Fevral 2021 12:46

Ermənistan baş naziri Nikol Paşinyanın Gümrü şəhərinə səfəri nəzərdə tutulub.

Sonxeber.net unikal.org-a istinadən bildirir ki, Nikol Paşinyan bu gün Gümrüdə itkin düşən erməni hərbi qulluqçularının ailə üzvləri ilə görüşəcək. Görüşün qapalı keçirilməsi planlaşdırılır.

Lakin bəzi itkinlərin ailə üzvləri Paşinyanı Gümrüyə gəlməməyə çağırıb. Onlar baş naziri şəhərə buraxmamaqla hədələyiblər.

Görüşün insidentsiz baş tutması üçün şəhərdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi deyilir.


Etiketlər:  Paşinyan Gümrüyə buraxılmamaqla hədələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ