Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qapalı müzakirə zamanı bilirdik ki, məğlub oluruq" - Edmon Marukyan

Tarix: 18 Fevral 2021 15:12

Mən demişəm ki, yaxşı, əgər oktyabrın 11-də biz məğlub olduğumuzu biliriksə, qapalı müzakirə zamanı məğlub olduğumuzu biliriksə, əgər bu, yol deyilsə, onda, cənab Baş nazir, sizin yolunuz hansıdır?

Milli.Az ordu.az-a istinadən bildirir ki, bunu Ermənistan parlamentinin "İşıqlı Ermənistan" fraksiyasının rəhbəri Edmon Marukyan deyib.

Onun sözlərinə görə, oktyabrın 11-də baş tutmuş Ermənistan Təhlükəsizlik Şurasının iclasında deyib ki, Rusiya prezidentinə zəng etmək və müharibəni dayandırmaq lazımdır.

"Bizə deyilib ki, Rusiya prezidentinə müharibəni dayandırmaq təklifi ilə zəng etsələr, o deyəcək ki, Əliyevin müharibə ilə götürmək istədiyini siz dinc yolla verməlisiniz. Burada söhbət "Lavrov planı olan 5+2"dən gedir", - Marukyan qeyd edib.

O bildirib ki, qapalı müzakirə zamanı məğlub olduqlarını biliblər: "Mən demişəm ki, yaxşı, əgər oktyabrın 11-də biz məğlub olduğumuzu biliriksə, qapalı müzakirə zamanı məğlub olduğumuzu biliriksə, əgər bu, yol deyilsə, onda, cənab Baş nazir, sizin yolunuz hansıdır? Baş nazir də deyib ki, bu, Sardarapatdır, hamımız getməli və döyüşməliyik".

Milli.Az


Etiketlər:  Qapalı müzakirə zamanı bilirdik ki məğlub oluruq Edmon Marukyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ