Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2021 20:12
2020-ci ilin sonuna yaxın Çində onlayn təhsil istifadəçilərinin sayı 342 milyon nəfərə yaxınlaşıb ki, bu da ölkənin internet istifadəçilərinin ümumi sayının 34,6%-nə bərabərdir. Bu barədə Çində internetin inkişafı barədə hesabatda deyilir.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, bu artım onlayn təhsil sahəsi üçün perspektivli gələcəyə işarə edir və bu, ölkə üzrə təhsilin balanslaşdırılmış inkişafına imkan yaradacaq.
2020-ci ilin noyabrına olan məlumata görə, Çində ibtidai və orta məktəblərin 99,7%-i internetə çıxış imkanına malik olublar.
Ötən ilin oktyabr-yanvar ayları ərzində Çində onlayn təhsil sahəsində 82 min yeni şirkət təsis edilib. 2020-ci ilin ilk 11 ayı ərzində bu sektora ümumilikdə təxminən 6 milyard dollar xərclənib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% daha yüksəkdir.