Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Microsoft” korporasiyası “iPadOS” planşeti üçün “Office” proqramını təqdim edib

“Microsoft” korporasiyası “iPadOS” planşeti üçün “Office” proqramını təqdim edib

Tarix: 18 Fevral 2021 22:16

"Microsoft" şirkəti "Apple"ın planşetləri üçün universal "Office" proqramını təqdim edib. "Word", "Excel" və "PowerPoint"i özündə birləşdirən yeni versiya "iPadOS" üçün tamamilə optimallaşdırılıb, bölünmüş ekran (Split View) rejimini, həmçinin klaviatura və "maus"u dəstəkləyir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, yenilənmiş "Office" indi "iPadOS" üçün universal proqramdır. Bir neçə yeni alət əlçatan olub: istifadəçilər PDF faylları yarada və imzalaya, şəkilləri mətn və cədvəllərə çevirə, həmçinin "Paylaşmaq" menyusundakı sənədləri tez bir şəkildə redaktə edə bilərlər.

"Office" mobil proqramının yeni versiyası artıq "App Store" mağazasında əlçatandır.


Etiketlər:  Microsoft korporasiyası iPadOS planşeti üçün Office proqramını təqdim edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ