Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2020-ci ildə Çində sənaye robotlarının istehsalı 19,1% artıb

2020-ci ildə Çində sənaye robotlarının istehsalı 19,1% artıb

Tarix: 19 Fevral 2021 13:00

2020-ci ilin nəticəsinə görə, Çində sənaye robotlarının istehsal həcmi illik nisbətdə 19,1% artıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "ria.ru" saytına istinadən yazır ki, Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib ki, istehsal həcminin artması bazar tələbatının yaxşılaşmasını və müəssisələrdə intellektual modernləşdirmənin sürətləndiyini göstərir.

 

Qurumun statistikasına əsasən, ötən il Çində böyük sənaye robotları istehsalçılarının əməliyyat gəliri 2019-cu illə müqayisədə 6% artıb.

 

Çin əmək qabiliyyətli əhalinin sayının azalması və işçi qüvvəsinin maya dəyərinin artması ilə bağlı problemləri həll etmək üçün texnoloji innovasiyalar yolu ilə böyük zəhmət tələb edən istehsal sektorunu modernləşdirməyə çalışır.

 

Emil Hüseynov




Etiketlər:  2020 ildə Çində sənaye robotlarının istehsalı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ