Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa Komissiyası Almaniyanı məhkəməyə verib

Avropa Komissiyası Almaniyanı məhkəməyə verib

Tarix: 19 Fevral 2021 21:00

Avropa Komissiyası Almaniyaya qarşı iddia ərizəsi ilə Lüksemburqda yerləşən Avropa İttifaqı məhkəməsinə müraciət edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, iddiaçı (Avropa Komissiyası) cavabdehi (Almaniya Federativ Respublikasını) uzun illər boyu qüvvədə olan təbiəti mühafizə haqqında qanunu pozmaqda ittiham edir.

Brüsseldə belə hesab edirlər ki, Berlin öz regionlarının çoxunu xüsusi mühafizə olunan ərazilərin siyahısından çıxarıb, halbuki həmin ərazilər bütün meyarlara görə məhz xüsusi qorunan ərazilər hesab edilməlidir.

Qeyd edək ki, bu, Berlinə qarşı irəli sürülmüş yeganə iddia deyil. Ümumavropa həbs orderi ilə bağlı digər ərizədə Avropa Komissiyası Berlini əcnəbilərə qərəzli münasibət bildirməkdə təqsirləndirir. Komissiyanın fikrincə, Almaniya Avropa İttifaqına üzv olan digər ölkələrin vətəndaşları ilə müqayisədə öz vətəndaşlarına üstünlük verir. Ümumavropa həbs orderi, məsələn, hazırda axtarışda olan şəxslərin Avropa İttifaqında cinayət təqibinə cəlb edilməsini sadələşdirmək üçün nəzərdə tutulub.

Berlində bu xəbərə cavab olaraq məhkəmədə öz əks-dəlillərinin təqdim ediləcəyini bildiriblər.


Etiketlər:  Avropa Komissiyası Almaniyanı məhkəməyə verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ