Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Nokia” hansı klassik modelini qaytarmaq istəyir?

“Nokia” hansı klassik modelini qaytarmaq istəyir?

Tarix: 21 Fevral 2021 20:20

"Nokia" markası hüquqlarının sahibi olan "HMD Global" başqa bir telefonunu yeniləmək niyyətindədir. Bu "Nokia 3650" modelidir. Fin şirkəti artıq hesabında bir neçə yenilənmiş, simvolik modelə sahibdir. Yenilənmiş "Nokia 3310", "8110 4G", 2017-ci ildə, bu yaxınlarda isə "6300 4G" təqdim edilib. İndi isə "Nokia 3650" modelini təqdim edilməsi gözlənilir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu üç diapazonlu "GSM" telefon 2003-cü ilin əvvəlində satışa çıxdı. Model yaxşı işləyən "Symbian" əməliyyat sisteminə sahib idi. Bundan əlavə telefon "VGA" kamerası, 12 bitlik rəngli ekran, dairəvi klaviatura və 1024 MB həcmli kartı dəstəkləyən MMC kart yuvası ilə təchiz edilib. Növbəti illərdə telefon "Nokia 3620" və "Nokia 3660" modeli ilə əvəz olundu. Məlumata görə, modelin "OG Nokia" adı ilə yenidən təqdim ediləcəyi bildirilir. Yeni versiyanın daha böyük ekrana, daha yaxşı kamera və "KaiOS" sisteminə malik olacağı ehtimal edilir.

Milli.Az


Etiketlər:  Nokia hansı klassik modelini qaytarmaq istəyir


RƏYLƏR