Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Skybus” uçan avtobusları 50 nəfər sərnişin daşıya biləcək

“Skybus” uçan avtobusları 50 nəfər sərnişin daşıya biləcək

Tarix: 21 Fevral 2021 21:20

Britaniyanın beynəlxalq "GKN Aerospace" şirkəti yeni nəsil uçan texnologiyalarının inkişafına kömək edir. Nümunələrdən biri Skaybus (Skybus) adlanan təyyarədir. Skaybus təyyarəsi şaquli qalxma və enmə (VTOL) texnologiyasından istifadə edir və təxminən 50 nəfər sərnişin qəbul edə bilir.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, belə bir texnologiya gələcəkdə ictimai nəqliyyata çevrilə bilər. Skaybusun yaradılması Britaniya hökumətinin elektrik aviasiya, hava hərəkətinə nəzarət və "eVTOL" hava taksiləri sahələrində inkişafa dair təşəbbüsün bir hissəsidir. Skaybus şaquli qalxma və enmə texnologiyasına malik olan kiçik uçan taksidən daha mükəmməl görünür. Bu daha çox şəhərlər üzərində hərəkət edə bilən uçan avtobusa bənzəyir.


Etiketlər:  Skybus uçan avtobusları nəfər sərnişin daşıya biləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ