Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2021 23:12
İnsan beş dəqiqə də olsa, bəzən gün ərzində bir az yuxulamaq istəyirsə, bunun heç bir qəbahətliyi yoxdur. Çin tədqiqatçıları beş dəqiqəlik yuxunun belə zehni qabiliyyətimizə müsbət təsir göstərə biləcəyini və hətta demansın qarşısını aldığını qeyd edir. Tədqiqatçılar Çinin böyük şəhərlərində (Pekin, Şanxay və Sian) yaşayan 60 yaşdan yuxarı 2,2 mindən çox sağlam insanda yuxu rejimini araşdırıb. Bunlardan 1534 nəfər gün ərzində beş dəqiqədən iki saata qədər yatır, qalan 680 nəfər isə, gün ərzində heç yatmır.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, gündüz yuxusunun yaşlı insanlarda daha dəqiq istiqamətlənməsinə, danışıq səlisliyinə və yaddaşın yaxşılaşmasına kömək etdiyi bildirilir. Bütün tədqiqat iştirakçıları demans əlamətlərinə yoxlanılıb. Gün ərzində müəyyən vaxt müddətində yatan insanların vəziyyətinin daha yaxşı olduğu aşkar edilib. İnkişaf etmiş ölkələrdə demans 65 yaşdan yuxarı hər on nəfərdən birində müşahidə edilir. Ümumilikdə dünyada təxminən 50 milyon insan yaddaş zəifliyinə, zehni qabiliyyətlərin pozulmasına, hərəkət edərkən özünü idarə etmədə çətinliyin yaranmasına, tanış insanları tanımamağa səbəb olan xəstəliklə yaşayır. Yaşlı insanların yuxu rejimi dəyişir və insanların gün ərzində yuxuya getmə ehtimalı daha yüksək olur. Əvvəllər alimlər yuxuların demans riskini azaltması və ya əksinə - bunun simptomu olub olmadığı barədə orta fikir hasil olmayıb.