Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldo bu dəfə də Messini geridə qoydu

Ronaldo bu dəfə də Messini geridə qoydu

Tarix: 22 Fevral 2021 18:36

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası əsrin ən çox oyun keçirən futbolçularının siyahısı açıqlayıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 2001-20-ci illərdə milli və klub səviyyəsində ən çox matça çıxanların sıralamasına Kriştiano Ronaldo başçılıq edir. O,  liqada 595, kubokda 91, beynəlxalq kuboklarda 191, Portuqaliya millisində 170 oyunda şans qazanıb. Ronaldo ümumilikdə 1047 oyun keçirib.

Qeyd edək ki, yalnız 8 futbolçu 900 və ya daha çox oyuna çıxıb.

İspaniya yığmasının və "Real"ın sabiq futbolçusu İker Kasiliyas ikinci, Braziliya millisinin və "Barselona"nın keçmiş oyunçusu Dani Alveş isə 3-cü olub.

21-ci əsrin ən çox oyun keçirən futbolçuları:

1. Kriştiano Ronaldo (Portuqaliya) - 1047
2. İker Kasilyas (İspaniya) - 974
3. Dani Alves (Braziliya) - 969
4. Xavi (İspaniya) - 937
5. Yasuhido Eduo (Yaponiya) - 909
6. Zlatan İbrahimoviç (İsveç) - 907
7. Rojerio Seni (Braziliya) - 904
8. Lionel Messi (Argentina) - 902


Etiketlər:  Ronaldo dəfə Messini geridə qoydu


RƏYLƏR