Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tərtərdə mülki şəxs minaya düşüb, araşdırma aparılır - YENİLƏNİB

Tərtərdə mülki şəxs minaya düşüb, araşdırma aparılır - YENİLƏNİB

Tarix: 22 Fevral 2021 19:22

19:21

Fevralın 22-də saat 17 radələrində 1976-cı il təvəllüdlü Niyaməddin Verdiyevin Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan Sonxeber.net-a bildirilib ki, aparılmış araşdırmalarla Niyaməddin Verdiyevin mal-qara otararkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində "sağ ayağın dizdən aşağı ətrafının amputasiyası" və digər çoxsaylı xəsarətlər alması müəyyən edilmişdir.

Faktla bağlı Tərtər rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

---------

17:40

Tərtərdə mülki şəxs minaya düşüb.

Sonxeber.net bildirir ki, hadisə rayonun Borsunlu kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1976-cı il təvəllüdlü Verdiyev Niyaməddin Hikmət oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə ağır yaralanan N. Verdiyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Tərtərdə mülki şəxs minaya düşüb araşdırma aparılır YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ