Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2021 11:12
“Xiaomi” şirkəti Avropada qabaqcıl “Xiaomi Mi 11” smartfonunun satışlarına başlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, İspaniyada smartfonun 8 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaşa malik versiyasının qiyməti 749 avro, 8 giqabaytlıq operativ və 256 giqabaytlıq quraşdırılmış yaddaşlı versiyasının isə 799 avro təşkil edir. Qurğular mavi və tünd-boz rəngli korpuslarda təklif olunur. Digər Avropa regionlarında satışlara fevralın sonunda başlamaq nəzərdə tutulur.
Smartfonun xüsusiyyətləri arasında 108 meqapikselli üçlü əsas kamera, 120 giqahers yeniləmə tezlikli “WQHD ” təsvir ölçülü 6,81 düym diaqonallı “AMOLED” ekran, “Qualcomm Snapdragon 888” prosessoru, 55 vatt gücündə simli və 50 vatt gücündə simsiz, 50 vatt gücündə digər qurğuların enerji ilə doldurulması dəstəyinə malik 4600 milliamper/saat tutumlu akkumulyator sadalanır. Smartfona “MIUI 12” proqram təminatı quraşdırılıb. Qurğunun gələcəkdə “MIUI 12.5” yeniləməsi ilə təchiz ediləcəyi gözlənilir.
Çində “Xiaomi Mi 11” smartfonunun yanvarın 1-dən uğurlu satışlarına başlanılıb. Smartfon satışa çıxarıldığı ilk gündən superhitə çevrilib – yanvarın 1-də 5 dəqiqəyə 350 min qurğu satılıb. Yanvarın 10-da isə “Xiaomi” rəhbərləri satılan qurğuların sayının 500 min ədədi ötməsini açıqlayıblar. Üç həftə ərzində bu rəqəm 1 milyon smartfona çatıb.
Nizam Nuriyev