Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2019 18:09
Bakı. Trend:
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 yanvar tarixli 118 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Birgə Komissiyanın tərkibi aşağıdakı kimi verilir:
“Birgə Komissiyanın həmsədri
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Birgə Komissiyanın üzvləri
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini
Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Macarıstan Respublikası tərəfinə bildiriş göndərməlidir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin