Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2021 12:58
Təklif edirəm ki, dərhal respublikanın bütün yerlərində regional şöbə və komissiyalar yaradılsın, qazilərə vəsiqələr yerindəcə verilsin.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.
Deputat bildirib ki, bununla bağlı işlər sürətlənməlidir: "İkincisi isə Azərbaycanda futbolla bağlı məsələdə ciddi problemlər var. Deyirlər ki, Azərbaycan çempionatı keçirildi. Bu, elə Bakı çempionatı olub. Bunların çoxunu da SOCAR maliyyələşdirir. Hanı bizim böyük şirkətlərimiz? Yuxarı liqalara bir komanda belə çıxmır. Uduzan da, udan da yerində sayır. Yuxarı liqa, aşağı liqa məsələsi bizim futbolda yoxdur. Azərbaycan futbolunu məhv etməyin, uşaq futbolunu məhv etməyin. Artıq həyəcan təbili çalmaq lazımdır".