Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2021 20:12
Ən çox istifadə edilən sosial media platformalarından biri İnstaqram oğurluq halları üçün yeni məkana çevrilib. Gündəlik təxminən 500 milyon hekayənin paylaşıldığı platformanın oğru məkanına çevrildiyi və çox məşhurun təhlükəsizlik tədbirlərini artırdığı söylənilir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, İnstaqramdakı ictimaiyyətə açıq məlumatlardan istifadə etməkdə günahlandırılan "Acrobat oğruları" ləqəbli 4 nəfərlik dəstə Milanda həbs olunub. Qruplaşma şəhərin məşhur şəxslərini İnstaqramda izlədikdən sonra onların evlərini qarət ediblər.
Məlumata görə, qruplaşma üzvləri məşhurların harada yaşadığını öyrənmək üçün foto və etiketli yerlərini nəzərdən keçiriblər. Ərazini öyrəndikdən sonra, hətta pəncərənin tipini də bu yolla əldə ediblər. Məlumata görə, zinət əşyaları, dizayner çantaları və Rolex saatları da daxil olmaqla, təqribən 150.000 avro dəyərində əşyalar oğurlanıb.
Milan polisi son zamanlar çox yayılmış halları nəzərə alaraq əhalini sosial şəbəkələrdə ərazi paylaşımları zamanı diqqətli olmağa çağırıb.