Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çelsi''nin ən çox qazanan futbolçuları

''Çelsi''nin ən çox qazanan futbolçuları

Tarix: 23 Fevral 2021 22:46

"Çelsi"nin ən çox qazanan futbolçularının adları məlum olub.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, "zadəganlar"ın ən çox qazanan futbolçusu Kay Havertzdir. 21 yaşlı yarımmüdafiəçi həftədə 310 min sterlinq əldə edir.

İkinci sırada Timo Vernerdir- 270 min sterlinq. İlk "3-lüy"ü Ben Çiluel qapayır- 190 min sterlinq.

Kristian Pulişiç 4-cü (158 min), Kepa Arrisabalaqa 5-ci (150 min), Sezar Azpilikueta 6-cı (145 min), N'Qolo Kante isə (144 min) 7-cidir.

Qeyd edək ki, "Çelsi" Premyer Liqanın turnir cədvəlində 43 xalla 5-ci yerdə qərarlaşıb.


Etiketlər:  Çelsinin çox qazanan futbolçuları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ