Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

App Store-da artıq yalnız bu tətbiqlər təsdiqlənəcək

App Store-da artıq yalnız bu tətbiqlər təsdiqlənəcək

Tarix: 23 Fevral 2021 22:56

Apple yalnız səhiyyə işçiləri tərəfindən təsdiqlənmiş Covid-19 peyvənd tətbiqlərini təsdiqləyəcəyini açıqlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Apple bu tətbiqlərin yalnız qanuni məlumat verdiyindən əmin olmaq üçün belə bir addım atdığını söyləyib.

Yeni yayımlanan elana görə, Apple müvafiq tətbiqləri yalnız test istehsalçıları, laboratoriyalar, səhiyyə müəssisələri tərəfindən təsdiqlənmiş  təşkilatlar və şirkətlər tərəfindən bazara təqdim edildiyi təqdirdə təsdiqləyəcək.

Həmçinin şirkətin birbaşa dövlət, tibbi və digər səlahiyyətli qurumlardan App Store-a gələn müraciətləri də təsdiqləyəcəyi bildirilib.

Milli.Az


Etiketlər:  App Store da artıq yalnız bu tətbiqlər təsdiqlənəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ