Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2021 10:52
Biri tələbə, biri şagird, 2 qonaq. Qaldıqları evdə dəm qazı onların həyatına vaxtsız son qoydu. Bu gün baş verən hadisə hər kəsi üzdü. Bakıda, Badamdar qəsəbəsində qazdan boğularaq ölənlərdən biri isə evi təmir edən usta olub.
Bakıda bir evdə 5 nəfər dəm qazından boğularaq ölüb. Hadisə səbail rayonu, badamdar qəsəbəsi, 1-ci yaşayış massivi ərazisində yerləşən evlərin birində baş verib.
Dünyasını dəyişən şəxslərdən Lətif Əliyev Azərbaycan Texniki Universitetinin tələbəsidir. Onun qardaşı Atilla Əliyev isə 11 ci sinifdə oxuyub. Şikar və İnkişaf Allahverdiyev qardaşları isə evə qonaq gəliblər, onların da tələbə olduğu bildirilir. Dəm qazından boğulan Natiq Səfərov isə həmin evdə usta işləyib.
İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib. Faktla bağlı cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.