Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəmkirdə iki "VAZ" toqquşdu, ölən və xəsarət alanlar var

Şəmkirdə iki

Tarix: 23 Iyul 2019 20:30

Bakı. Trend:

Şəmkir rayonunun Seyfəli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 22-də saat 8 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini Rahib Zeynalovun idarə etdiyi “VAZ-2107” və Gədəbəy rayon sakini T.Gülməmmədovun idarə etdiyi “VAZ-2121” markalı avtomobillər toqquşub. Nəticədə R.Zeynalov hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Etiketlər:  Şəmkirdə iki VAZ toqquşdu ölən xəsarət alanlar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ