Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Levandovskidən daha bir uğur

Levandovskidən daha bir uğur

Tarix: 24 Fevral 2021 16:10

"Bavariya"nın hücumçusu Robert Levandovski Çempionlar Liqasının bombardirləri siyahısında ilk "3-lüy"ə yüksəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı hücumçu buna ötən gecə "Latsio" ilə matçda imza atıb. O, görüşdə fərqlənməklə turnirdə vurduğu qolların sayını 72-yə çatdırıb. Beləliklə, polşalı oyunçu bombardirlər siyahısında 3-cü yerə yüksəlib.

Sıralamaya "Yuventus"un futbolçusu Kriştiano Ronaldo başçılıq edir. 35 yaşlı hücumçunun aktivində 134 qol var. "Barselona"nın kapitanı Lionel Messi isə 119 qolla 2-cidir.

Qeyd edək ki, Levandovski bu mövsüm 29 matça çıxaraq, 32 qol vurub və 7 qolun ötürməsini verib.

Milli.Az


Etiketlər:  Levandovskidən daha uğur


RƏYLƏR