Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2021 22:06
Böyük Britaniyanın ən böyük hava limanı olan Hitrou 2020-ci ildə 2 milyard sterlinq itirib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, karantin rejiminin elan olunması və beynəlxalq səyahətlərin məhdudlaşdırılması hava limanında itkiyə səbəb olub. Aeroport keçən il sərnişinlərin sayının 22,1 milyona düşdüyünü, bunların yarısından çoxunun yanvar və fevral aylarında səyahət etdiyini və bir il əvvəllə müqayisədə 73 faiz azalma olduğunu açıqlayıb. Hava limanı 1975-ci ildən bəri ən az illik gəliri 2020-ci ildə əldə edib.
Hitrou hava limanının icraçı direktoru Con Holland Kay mayın 17-dən etibarən beynəlxalq səyahətlərin davam etməsinə icazə verilməsindən sonra səyahət biznesinin yenidən hərəkətə gələcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Hitrou sərnişin dövriyyəsinə görə Avropada ən məşğul hava limanıdır.