Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Rəqibimiz olduqca istəklidir" - Qurban Qurbanov

Tarix: 23 Iyul 2019 22:24

"Bütün fikrimizi sabhkı oyuna cəmləmişik. Rəqibimiz elə bir komandadır ki, həm ev, həm də səfərdə eyni oyunu göstərməyə çalışır".
 
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Dundalk"la sabah keçiriləcək səfər oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

O, rəqibin çox istəkli olduğunu və matçın asan olmayacağını bildirib: "Orta xəttdə çox sürətli və təhlükəli futbolçuları var. Başda baş məşqçi olmaqla bütün komanda olduqca istəklidir. Düzdür, sabah süni örtüklü meydanda oynayacağıq, bu da futbola təsir edir. Təbii örtüklü meydançada oynamaq istərdik, amma hazırda bu haqda fikirləşməyə vaxtımız yoxdur, sabahkı oyuna tam konsantrasiya olmalıyıq. İlk turun ilk oyununda qeydə alınan heç-heçə növbəti mərhələ üçün faydalı olmuşdu, amma bunu sabahkı oyun haqda demək olmaz. Bilirik ki, sabah bizə qarşı tam motivasiya olunmuş bir komandaya qarşı oynayacağıq".
 


Etiketlər:  Rəqibimiz olduqca istəklidir Qurban Qurbanov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ