Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlarda neyrotoksik sindrom

Uşaqlarda neyrotoksik sindrom

Tarix: 25 Fevral 2021 07:42

Ümumi məlumat:
Erkən yaşlı uşaqlarda çox tez-tez müxtəlif infeksion xəstəliklər zamanı bu sindroma rast gəlmək olar.
Səbəbləri:
Xəstəliyin əsas inkişaf mexanızmini toksinlərin mərkəzi sinir sisteminə təsiri təşkil edir. Bu zaman beynin ödemi, nekrozlar, beyinə qansızmalar baş verir. Sindrom dizenteriya, qrip, respirator virus infeksiyaları zamanı, meningit, meninqoensefalit, stafilikokk və digər infeksiyalar zamanı baş verə bilər.
Simptomları:
Bu sindrom zamanı əsasən eksikoz əlamətlərinin zəif və ya heç olmamasıdır. Bu zaman huşun müxtəlif pozğunluqları, əzələ hipertoniyası fonunda tonik və kolnik qıcolmalar, istilik tənziminin pozulması ( yüksək qızdırma), hiperventilyasiya, ürək fəliyyətinin pozulması, qan dövranının pozulması, böyrəklərin funksiyalarının pozulması qeyd olunur.
Xəstəlik əksər hallarda kəskin başlayır, uşaq çox oyanıq olur, sonra uşağın huşu komaya qədər pozulur. Bəzən xəstəlik qida qəbulundan asılı olmayaraq qusma ilə başlayır. Orta beyin komasında simpatik sinir sisteminin tonusu kəskin qalxır, bədən hərarəti kəskin yuxarı qalxır, böyük rəqəmlərə çatır ( 39-40 dərəcə). Bu zaman böyük əmgək gərgin olur, boyun əzələləri riqid olur, böyük yaşlı uşaqlarda Kerninq və Brudzinski simptomları nəzərə çarpır. Tənəffüs səthi və tezləşmiş olur. Ürək tərəfdən taxikardiya, arterial hipertoniya qeyd olunur, damar divarının keçiriciliyinin pozulması nəticəsində beyin ödemi inkişaf edir ki, bu da qıcolma sindromuna səbəb olur. Müalicə vaxtında olmasa, uşaq şoka düşür, arterial təzyiq birdən aşağı düşür, taxikardiya bradikardiya ilə əvəz olunur, bağırsağın parezi baş verir, sidik ifrazı azalir və ya heç olmur.
Müalicəsi:
Xəstəni başı yuxarıya qaldırılır, geniş spektrli antibiotiklər təyin edilir. Dehidratasion və qıcolma əleyhinə, temperatur əleyhinə və digər simptomatik müalicə stasionar şəraitində aparılır.


Etiketlər:  Uşaqlarda neyrotoksik sindrom


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ