Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2021 08:54
ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın bir sıra kateqoriyadan olan əcnəbi vətəndaşların ölkə ərazisinə girişini məhdudlaşdıran fərmanını ləğv edib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin açıqlamasında deyilir.
"Koronavirusun yayılmasından sonra iqtisadiyyatın bərpası dövründə ABŞ-da əmək bazarı üçün təhlükə yaradan immiqrantların 22 aprel 2022-ci il tarixindən etibarən ölkəyə girişinin dayandırılması ABŞ-ın maraqlarına cavab vermir, əksinə, ABŞ-a zərər vurur. Müvafiq qərar ləğv edilir", - deyə sənədin mətnində qeyd olunub.
Xatırladaq ki, D.Tramp 22 aprel 2020-ci il tarixində koronavirus infeksiyasının yayılmasının mənfi iqtisadi nəticələri səbəbindən bir sıra kateqoriyalar üzrə ölkəyə immiqrasiyanın 60 günlük qadağan edilməsi barədə fərman imzalamışdı. Fərmanın müddəti sonradan bir neçə dəfə uzadılıb.