Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Fevral 2021 09:12
Çinli kişi evlilik müddətində ev işləri gördüyü üçün arvadına 50.000 yuan (təxminən 13 145 AZN) təzminat ödəməlidir. Çin məhkəməsi bu barədə hökm çıxarıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, ölkədə bu yaxınlarda qüvvəyə minən qanuna əsasən şəxs uşaqların əsas qəyyumu olarsa, yaşlı valideynlərinə qulluq edərsə və ya ev işlərinin çox hissəsini öz üzərinə götürərsə, qarşı tərəfdən təzminat tələb edə bilər.
Məlumata görə, 2015-ci ildə evlənən cütlik üç il sonra ayrılıb. Keçən il Çen boşanma üçün müraciət edib, arvadı Von isə boşanmaya razılıq verməyib. Sonra qadın fikrini dəyişib və əmlak bölgüsü, həmçinin maddi təzminat tələb edib. O, oğluna tək baxdığını və ərinin ev işlərinə qarışmadığını bildirib. Beləliklə, Pekindəki məhkəmə, Çenin arvadına külli miqdarda məbləğ ödəməli olduğu barədə qərar verib.
Qeyd edək ki, Vona 50 000 yuandan əlavə, oğlunun qəyyumluğu verilib. Bundan başqa, əri ona ayda 2000 yuan (təxminən 525 AZN) məbləğ ödəməlidir.